Elvira Cəfərova Lazım qızı
Təmizlik xidməti üzrə əməkdaş
Elvira Cəfərova Lazım qızı 7 noyabr 1992-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. Dörd yaşı tamam olduqdan sonra ailəsi ilə birlikdə Moskva şəhərinə köçüb. 1998-ci ildə Moskva şəhərində birinci sinfə qəbul olub və üçüncü sinfədək təhsilini orada davam etdirib.
2001-ci ildə ailəsi ilə birlikdə Azərbaycana qayıtdığı üçün Moskva şəhərindəki təhsilini dayandırıb və orta təhsilini Azərbaycanda davam etdirərək başa vurub. Orta təhsilini tamamladıqdan sonra əmək fəaliyyətinə başlayıb və 2023-cü ilədək müxtəlif sahələrdə çalışaraq zəngin iş təcrübəsi qazanıb.
2023-cü ildə təmizlik xidmətləri sahəsinə maraq göstərərək peşəkar fəaliyyətini bu istiqamətdə davam etdirməyə qərar verib. 2023–2026-cı illərdə fərdi təmizlik xidmətləri göstərib, müxtəlif məkanlarda çalışaraq bu sahə üzrə praktiki bilik və bacarıqlarını inkişaf etdirib.
2026-cı ildə Draftsman MMC komandasına qoşularaq şirkətin Təmizlik xidmətində fəaliyyətə başlayıb. Elvira xanım gələcək peşəkar fəaliyyətini və karyerasını Draftsman ailəsinin tərkibində qurmağı qarşısına məqsəd qoyub.
Elvira Cəfərova məsuliyyətli, zəhmətsevər, səliqəli və işinə diqqətlə yanaşan əməkdaş kimi xarakterizə olunur. Yüksək iş qabiliyyəti, komanda ruhu, kollektivlə düzgün münasibət qurması və verilən tapşırıqları vaxtında yerinə yetirməsi onun əsas üstünlüklərindəndir. İnanırıq ki, bu keyfiyyətlər onun peşəkar inkişafına və gələcək fəaliyyətində daha böyük uğurlar qazanmasına kömək edəcək.
Elvira xanıma gələcək işlərində uğurlar, davamlı peşəkar inkişaf və Draftsman MMC-nin tərkibində uzunmüddətli, uğurlu karyera arzulayırıq.
Layihənizi hesablayaq
Müraciət qoyun — ölçücü sizə uyğun vaxtda gələcək, ilkin hesablamanı isə bir iş günü ərzində alacaqsınız.
+994 50 519 12 12 Draftsmandizayn@gmail.com Bakı · istehsalat və şourum