Oqtay Umudov

İnteryer dizayner

Oqtay Umudov

Oqtay Umudov

İnteryer və mebel dizayneri

Oqtay Umudov 2000-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhərində yerləşən Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbdə başa vurub. 2017–2021-ci illərdə Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin Dizayn fakültəsində bakalavr təhsili alıb. Təhsil müddətində dizayn sahəsi üzrə nəzəri biliklərlə yanaşı, layihələndirmə, məkanın funksional təşkili, estetik həllərin hazırlanması və dizayn prinsiplərinin tətbiqi istiqamətində praktiki bacarıqlara yiyələnib.

Peşəkar biliklərini daha da inkişaf etdirmək məqsədilə 2021-ci ildə Baku Design Academy-də ixtisaslaşma kursu keçib. Kurs müddətində 3ds Max, AutoCAD, Corona Renderer və Adobe Photoshop proqramları üzrə praktiki biliklər əldə edərək təhsilini fərqlənmə diplomu ilə başa vurub.

2022-ci ildə “Draftsman” şirkətində interyer dizayner köməkçisi kimi peşəkar fəaliyyətə başlayıb. Fəaliyyəti müddətində interyer layihələrinin hazırlanması, məkanların layihələndirilməsi, 3D modelləşdirmə və mebel dizaynı sahələrində geniş praktiki təcrübə qazanıb.

Hazırda “Draftsman” MMC-də interyer və mebel dizayneri kimi fəaliyyətini davam etdirən Oqtay Umudov real layihələr üzərində çalışaraq peşəkar bilik və bacarıqlarını daim inkişaf etdirir. Müasir dizayn yanaşmalarını funksionallıq və estetik həllərlə birləşdirərək şirkətin müxtəlif layihələrinin hazırlanmasında fəal iştirak edir.

Sənədlər

Layihənizi hesablayaq

Müraciət qoyun — ölçücü sizə uyğun vaxtda gələcək, ilkin hesablamanı isə bir iş günü ərzində alacaqsınız.

+994 50 519 12 12 Draftsmandizayn@gmail.com Bakı · istehsalat və şourum

Düyməni sıxmaqla məlumatların emalı siyasəti ilə razılaşırsınız.