Rövşən Qədirov
Santexnika sistemlərinin quraşdırılması və texniki xidməti üzrə mütəxəssis
Rövşən Qədirov İdris oğlu
Santexnika sistemlərinin quraşdırılması və texniki xidməti üzrə mütəxəssis
Rövşən Qədirov 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. 1984-cü ildə Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 1989-cu ildən təhsilini 33 nömrəli tam orta məktəbdə davam etdirib. Doqquzillik təhsilini başa vurduqdan sonra 35 nömrəli Sumqayıt Texniki Peşə Məktəbinə qəbul olub və üçillik peşə təhsilini müvəffəqiyyətlə tamamlayıb.
1994-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. 1998-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra tikinti sektorunda əmək fəaliyyətinə başlayıb. İlk fəaliyyət illərindən santexnika sahəsinə xüsusi maraq göstərən Rövşən Qədirov bu peşəyə dərindən yiyələnməyi qarşısına məqsəd qoyub.
Peşəkar fəaliyyəti ərzində santexnika sahəsində 28 illik zəngin təcrübə qazanan Rövşən Qədirov bu gün öz sahəsinin təcrübəli mütəxəssislərindən biridir. O, müxtəlif təyinatlı obyektlərdə santexnika sistemlərinin quraşdırılması, təmiri və texniki xidmət işlərində geniş praktiki bilik və bacarıqlara yiyələnib.
2026-cı ildən etibarən “Draftsman” MMC-nin komandasına qoşulan Rövşən Qədirov gələcək peşəkar fəaliyyətini şirkətimizdə davam etdirməyi, bilik və təcrübəsini irihəcmli layihələrdə tətbiq etməyi qarşısına məqsəd qoyub.
Rövşən Qədirova “Draftsman” ailəsində uğurlu fəaliyyət və yeni peşəkar nailiyyətlər arzulayırıq.
Sənədlər
Layihənizi hesablayaq
Müraciət qoyun — ölçücü sizə uyğun vaxtda gələcək, ilkin hesablamanı isə bir iş günü ərzində alacaqsınız.
+994 50 519 12 12 Draftsmandizayn@gmail.com Bakı · istehsalat və şourum
